"Artıq tək Menbiçə deyil, əsas diqqətimizi Fəratın şərqinə yönəltmişik. Sırada Fəratın şərqindəki terror yuvalarını aradan qaldırmaq və ora qaçqın düşmüş yerli xalqı yerləşdirmək var".

Mia.az bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan deyib.

O bildirib ki, Menbiçlə bağlı ABŞ-la razılaşma qarşı tərəfin vaxtı uzatmasına səbəb olub: "Türkiyə bu ərazidən təhdid edilir. Bu cavabsız qalmayacaq".