Bu gün Türkiyənin Mardin vilayətində PKK terrorçuları ilə hərbi qüvvələr arasında döyüş olub.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, atışmada bir hərbçi şəhid olub, iki hərbçi yaralanıb: "PKK-nın qəfil hücumu nəticəsində yaralanan 25 yaşlı əsgər Məhəmməd Çoban Diyarbəkirdə xəstəxanasında dünyasını dəyişib".

Məlumata görə, hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlayıb.