Krımda 3 günlük matəm elan edilib.
"Report” RT-yə istinadən xəbər verir ki, oktyabrın 18-dən 21-dək yarımadada matəm olacaq.
Qeyd edək ki, oktyabrın 17-də Krım yarımadasında yerləşən Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. İlkin məlumatlara görə, nəticədə 13 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hadisənin terror aktı olduğunu bildirib.