Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamanetin bu gün keçirilən plenar iclasında qanuna dəyişikliklərin səsverməsi zamanı deputatlara 3 dəfə irad bildirib.

O deyib ki, yetərsay olmadığına görə səsvermə baş tutmur.

Z.Əsgərov deputatları səsvermə zamanı fəal olmağa çağırıb: "Niyə səs vermirsiniz? Səsvermə zamanı diqqətli olun”.