Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu "Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub. Müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.
Ermənistanda hökumət dəyişikliyinin Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən Tahir Mirkişili sonrakı proseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu və bunun regionda yeni təhlükəlli situasiya yaratdığını qeyd edib.
Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlər arası və xalqlar arası dialoq, dayanlıq və dinamik iqtisadi inkişafı gösərib və buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbüsslərini dəstəkləməyə çağırıb.