Milli Məclisin payız sessiyasının dünən keçirilən ilk iclasında spiker Oqtay Əsədov qeyd edib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil olunub, amma millət vəkilləri buna laqeyd yanaşıblar:
"Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Həmin kursa 3-4 deputat qatılmışdı” - deyə, O.Əsədov bildirib.
"Sona qədər həmin kursda 3 deputat iştirak etdik. Qüdrət Həsənquliyev, Zahid Oruc və mən. Daha sonra müəllim kursa gəlməkdən imtina etdi. Müəllim ödənişi və ya başqa səbəbə görə problem çıxmışdı”.
Fazil Mustafa qeyd edib ki, deputatlar üçün ingilis dili kursu təxminən 2 il müddətinə həyata keçirilib:
"Həmin kursda yalnız Qüdrət Həsənquliyev, Zahid Oruc və mən sona qədər iştirak etdik”.