Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaq.
Mia.az Milli Məclisə istinadən bildirir ki, Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə ediləcək: "Deputatlarımız müzakirələrdə fəal iştirak edəcəklər. Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcəkdir".