Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov deputatlara irad tutub.


İclasın gündəliyinə daxil olan "Standartlaşdırma haqqında” qanun layihəsinə 84 deputat səs verib.

Ziyafət Əsgərov isə buna görə deputatlara irad tutub. O bildirib ki, iclasda 100-ə yaxın deputat iştirak edir.

"Ancaq səsvermədə isə 84 deputat iştirak edib. Səs verin də!”.

modern.az