Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt ilə görüşüb.
Mia.az XİN-ə istinadən bildirir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.