Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçel ilə görüşüb.
Mia.az XİN-ə istinadən bildirir ki, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.