İranın Əhvaz şəhərində baş vermiş terror aktı ABŞ-ın peyk dövlətlərinin bölgədə törədikləri qanlı cinayətlərin davamıdır.
Bunu İranın Ali Dini lideri Əli Xameneyi deyib.
Onun sözlərinə görə, həmin qüvvələrin əsas məqsədi İran daxilində sabitliyi pozmaqdır:
"Lakin biz mübarizəmizi davam etdirəcəyik. Kəşfiyyat xidmətləri bu qruplaşmaların uzantılarını təqib etməli və onları ölkənin hüquq-mühafizə orqanlarına təslim etməlidirlər”.
Qeyd edək ki, İranın Əhvaz şəhərində baş vermiş terror aktında 27 nəfər həlak olub/Teleqraf.com.