Milli Şuranın ötən gün baş tutan iclasında müzakirəyə çıxarılan
məsələlərdən biri də qurumun seçki qərargahının yaradılması və qərargaha
rəhbər təyin edilməsi idi. Gərgin müzakirələrdən sonra gözlənilən baş
tutmasa da, vahid namizəd Rüstəm İbrahimbəyovun seçki qərargahı üçün
məkan müəyyən edilib. Belə ki, Milli Şuranın seçki qərargahı Milli
Məclisin keçmiş sədri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət
Partiyasının (ACP) qərargahında fəaliyyət göstərəcək. Bu barədə
Modern.az Milli Şura-dan məlumat verilib.
Milli Şura üzvü Zəfər
Quliyev də Modern.az-a açıqlamasında faktı təkzib etməyib. Hazırda bu
istiqamətdə danışıqların getdiyini deyən Z.Quliyevin fikrincə, seçi
qərargahının ACP-də formalaşacağı istisna deyil.:
"Bu barədə heç nə deyə bilmərək. Müxtəlif variantlar var. Hələki seçim edilməyib. Gözləyirik”.
ACP
sədri Sülhəddin Əkbər də saytımıza açıqlamasında qərargahı Milli
Şuranın vahid namizədi üçün verməyə hazır olduqlarını bildirib.
"Bu
haqda bizə İcra Aparatının müraciət daxil olmayıb. Amma biz Milli
Şuranın vahid namizədini dəstəkləyirik və seçki qərargahının fəaliyyəti
üçün məmnuniyyətlə öz qərargahımızı verə bilərik”-deyə S.Əkbər məsələyə
aydınlıq gətirib.
Qeyd edək ki, MŞ-nın seçki qərargahına Eldar Namazovun sədr təyin ediləcəyi gözlənilir.
Rəsul Quliyev Bakıdakı qərargahını Milli Şuraya verir
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51