Misir silahlı qüvvələri tərəfindən prezidenti Məhəmməd Mursiyə verilən
məlum ultimatumın vaxtına az qalmış ordu Misir dövlət televiziyasının
Qahirə studiyasını ələ gecirib. MIA Türkiyə mətbuatına istinadən xəbər
verir ki, bu zaman canlı yayımda vəzifəsini yerinə yetirən TV personalı
binanı tərk edib.
Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursi ordunun proseslərə müdaxilə edəcəyi təqdirdə, geri addım atmayacağını açıqlayıb.
Son
məlumata görə, artiq Mursi ordu tərəfindən devrilib. Ordu rəhbərliyi
müxalifət və dini liderlərlə görüşdükdən sonra ara sakitləşənə qədər
ölkəyə nəzarət edəcəklərini açıqlayıb. Keçici dövrdən sonra isə Misirdə
prezident və parlament seçkiləri keçiriləcək.
***
Ordu
rəhbərliyi prezidentlik postunu müvəqqəti icra üçün Konstitusiya
məhkəməsinin sədrinə həvalə etdi. Artıq keçmiş prezident statusunda olan
Mursi isə xalqa, əsasən də tərəfdarlarına ordunun çevrilişinə qarşı
sivil dirəniş göstərməyə çağırdı: "Şiddətə baş vurmadan dirənin! Mən bu
ölkənin qanuni prezidentiyəm, mənə problemlərin həli üçün zaman
tanınmalıdır".
Misirdə gərgin saatlar davam edir, milyonlar küçələrdədir.
Artıq
Misir prezidenti Məhəmməd Mursi həbs olunub. Xəbərə görə, bunu
"Müsəlman qardaşlar” hərəkatının rəsmi nümayəndələri bildiriblər.
Mursinin müşaviri Essam əl-Həddadın da tutulduğu iddia olunur.
Ordu Mursini devirdi, Məhkəmə sədri müvəqqəti prezident oldu, Mursi "Dirənin!" dedi - yenilənir
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50