Politoloq Toğrul İsmayılın fikrincə, AKP iqtidarı növbəti seçkidən itki ilə çıxacaq
Taksim
Gəzi parkında başlayan etiraz aksiyaları hazırda səngimiş kimi görünse
de, bu, hadisələrin tam anlamda bitdiyini demək olmaz.
Bu
fikirləri «Reytinq»ə açıqlamasında Ankara TOBB İqtisadiyyat və
Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl
deyib. Onun sözlərinə görə, hadisələr, etiraz aksiyaları şəklindən
çıxaraq, daha yeni müsteviyə, siyasi polemikalara daşınıb. Müsahibimiz
onu da bildirib ki, etiraz dalğasının səngiməsi aldadıcı xarakter
daşıyır. Yəni, Türkiyə cəmiyyətini narahat edən problemler öz həllini
tapmadıqca etiraz dalğaları hər an ölkəni bürüyə bilər.
T.İsmayıl
bildirib ki, əslində Gəzi Parkı olayları AKP hakimiyəti dövründə
illərdən bəri yığışmış ayrı-ayrı problemlərin son heddə çatdığının
siqnalı idi: «Gəzi Parkında 3-4 ağacın kəsilməsinə etiraz olaraq
başlayan bu protesto, əslində Türkiyə cəmiyyətində ciddi problemlərin və
etirazların var olduğunun bir işarəsiydi. Əfsuslar olsun ki, nə
iqtidar, nə də müxalifət partiyaları baş verən bu olayları doğru analiz
etə bilmədilər. Baş verən etirazın heç də birbaşa AKP iqtidarına və baş
nazirə qarşı olmadığı görülürdü. Etirazlar iqtidarın etdiklərinə deyil,
daha çox baş nazir Rəcəp Tayyip Ərdoğanın son illərdə ortaya çıxan
danışıq tərzi və fərdi azadlıqları hədəf alan çıxışlarına qarşı idi.
Mənim şəxsi qənaətimə görə, Gəzi Parkı hadisəsi Ərdoğana dünyanın ən
demokratik lideri ünvanına sahip olması üçün şans yaratmışdı. Lakin bu
yanlış yönləndirmə və dəyərləndirmə sonucunda bu fürsət ələn qaçırılmış
oldu».
Politoloq onu da vurğulayıb ki, etirazlar uzandıqca önə
marjinal qruplar çıxmağa başladı və bu da digər dinc etirazçıları
narahat etməyə başlayırdı. Onun sözlərinə görə, buna göre de etirazlar
getdikçe azalmağa ve lakollaşmağa başlayırdı: «Lakin Taksimdəki aksiyaya
polisin son şiddətli müdaxiləsi prosesin təkrar başlanğıc nöqtəsinə
daşıdı və bir daha göstərdi ki, Ərdoğanın sert mövqeyində qalmağı davam
edir. Bunu deyə bilerem ki, son sorğular AKP-nin önümüzdəki seçkilərdə
itkilərinin olacağını göstərir. Amma Ərdoğanın hər zaman belə çətin
situasiyalardan məharətlə çıxdığının şahidi də olmuşuq».
Azərbaycanın
bu hadisələrə münasibətinə gəlincə, T.İsmayıl bildirib ki, bu hadisələr
qardaş Türkiyənin daxili məsələsidir və rəsmi Bakı hadisələrə sadəcə,
öz həssaslfğfnf bildirə bilər. «Türkiyədəki sabitlik Azərbaycan üçün
vacibdir. Eyni zamanda, Türkiyədə demokratiyanın inkişafı da Azərbaycan
və onun toplumu üçün əsas şərtlərdən biridir. Düşünürəm ki, məhz bu
səbəbdən rəsmi Bakı bir mövqe ortaya qoya bilmədi. Bu hadisələrə necə
yanaşacağını bbacarmadı. O ki qaldı cəmiyyətdəki fikirlərə, onlar
olduqca müxtəlifdi. Burada mən hadisələrin içində olmadan sadəcə,
tərəflərin propoqanda materiallarına istinadla formalaşan fikirləri və
təpkiləri gördüm. Yanaşmaların çoxu olduqca səthi idi. Doğrudur, bu da
anlaşılandır. Hadisələr yenidir, sonuca varmayıb, ona görə də hər hansı
bir nəticə sadəcə, sübyektiv yanaşma olacaqdır. Amma qətiyyətlə bunu
deyə bilərəm ki, Taksim hadisələrindən sonra Türkiyə əvvəlki Türkiyə
olmayacaq, Türk cəmiyəti də əvvəlki cəmiyyət deyil. Türk toplumu Dünyaya
yeni demokratiya dərsi verdi. Türkler bir daha sübut etdilər ki,
azadlıq və demokratik haqlar onlar üçün hər şeydən üstündür», deyə
politoloq fikrini tamamlayıb.
«Taksim ocağı» hələ sönməyib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50