Fransanın Kann
şəhərində "Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışı olub.
Mərasim Heydər Əliyev Fondunun və Fransadakı səfirliyimizin
təşkilatçılığı ilə keçirilib. Açılışda Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
İlk tədbir - 4-cü beynəlxalq "Qız qalası” sərgisinin açılışı ilə Kannın
döyünən ürəyi, lacivərt sahilin ən qaynar məkanı La Kruazetdə baş
tutub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann
şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini,
UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak edib.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar BROŞAN Azərbaycan
mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu
bildirmiş və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Mehriban
Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla
keçəcəyinə əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində
başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin
mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. Leyla
Əliyeva mədəniyyət günlərinə "Qız qalası” sərgisi ilə açıldığını diqqətə
çatdırıb.
"Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış "Qız
qalası” beynəlxalq sərgisidir. Bakının rəmzi olan "Qız qalası” maketinin
üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu
sərgidə iştirak edib. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf
edir. Eyni zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu, İDEA –
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının
fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli
kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir".
Günün
ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi
Festivallar sarayında "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri” sərgisinin açılışı olub.
Mehriban Əliyevanın və Kann
şəhərinin meri Bernar Broşanın iştirak etdikləri sərgidə ölkəmizin qədim
və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilir.
Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən
ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı
yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim
olunur.
Daha sonra hər il Kann şəhərində keçirilən beynəlxalq
pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi
açılışını Azərbaycan edib. Bu münasibətlə təşkil olunmuş möhtəşəm
atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə
başlayıb. Atəşfəşanlıq dahi Müslim Maqomayevin "Azərbaycan” mahnısı ilə
başa çatıb.
Azərbaycanın Kanndakı təqdimatı iyulun 20-dək davam edəcək.
Prezidentin qızları Kannda
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47