"Azadlıq” qəzeti iyulun 7-də "2013-cü ilin oktyabrında keçiriləcək
prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul
şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş” adlı
sənəddən çıxarışlar yayıb. Qəzet bildirir ki, sənəd Prezident
Administrasiyasının direktivləri əsasında yerli icra hakimiyyətlərində
hazırlanıb və orada belə bəndlər yer alır:
- Əraziyə məsul
şəxslərin 10 nəfər və 100 nəfərə (onbaşı və yüzbaşılar) bölünməsinə
hazırlıq gedirmi? Nüfuzlu şəxslərin siyahıları hazırlanıbmı?
- Seçki ərazisində müxalifət meylli insanların fəaliyyəti, onlara kimlər havadarlıq edirlər?
-
Əraziyə daxil olan yad adamlar barədə yerli icra nümayəndəliyində
məlumat varmı? Onlarla necə iş qurulub? Qanunsuz imza toplanmasına
hazırlıq görülürmü, təbliğat aparılırmı, buna qarşı hansı tədbirlər
planlaşdırılıb?
- Seçki günü mədəni kütləvi tədbirlərdə, konsert
proqramlarında seçicilərə tibbi və iaşə xidmətləri göstərilməsinə
hazırlıq görülürmü?
- Əslən həmin ərazidən olan, hazırda Bakıda yaşayan nüfuzlu şəxslərin siyahısı hazırlanıbmı?
"Azadlıq”
qəzetinin iddiasına görə, sənədin qeydlər hissəsində yazılır ki, kəndə
gələn yad adamlar və mətbuat işçiləri barədə dərhal rayon seçki
qərargahına (YAP-ın seçki qərargahına) məlumat verilməlidir: "Heç bir
jurnalistə heç bir məlumat verilmir və rayon icra hakimiyyətinin müvafiq
şöbəsi ilə əlaqə saxlanılır”.
Müxalifət isə yayılan məlumatda
deyilənləri hakimiyyətin seçki saxtakarlığına hazırlaşması kimi
qiymətləndirib və bəyan edib ki, bu məsələyə Prezident Administrasiyası
izahat verib ya təsdiq etməlidir, ya da ki təkzib eləməlidir: "Təkzib də
sadəcə sözlə olmalı deyil. Aydın göstərilməlidir ki, sənəddə göstərilən
istiqamətdə fəaliyyətlər həyata keçirilmir. Əgər bunu etməsələr, tam
təsdiqlənəcək ki, prosesin başında Prezident Administrasiyası dayanır və
seçkinin saxtalaşdırılması işinə artıq start verilib”.
Prezident
Administrasiyasının məsələyə münasibəti özünü çox gözlətmədi. İyulun
8-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov "mediaforum” saytına deyib ki, hakimiyyətin seçki ilə
bağlı heç bir məxfi və xüsusi planı yoxdur: "Bununla bağlı deyilənlərin
hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı
”Azadlıq" qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək,
indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaqdan
başqa bir şey deyil. Prezident seçkisi ilə bağlı hələlik heç bir plan
mövcud deyil. Biz hələlik hər hansı plan elan etməmişik. Mərkəzi Seçki
Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də
iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət
hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla
bağlı qərarın qəbul edilməsidir".
Əli Həsənov bildirib ki,
hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək:
"Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin
normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi
standartlar əsasında həyata keçiriləcək”.
musavat.com
Əli Həsənov: “Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır”
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51