Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun «Milli Şuranın seçkilərdə bir
namizədi olmalıdır» tezisinə Müsavat Partiyasının başqanı İsa Qəmbər
münasibət bildirib. İsa Qəmbər «Yeni Müsavat» qəzetinə deyib ki, seçki
ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını
dəyişmək fikrində deyil:
«Milli Şuranın ikinci sessiyasında
vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının
mövqeyini bəyan etmişəm. Bu mövqeyin indiki mərhələdə dəyişilməsinə heç
bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir.
İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın
seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər
riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq
bu riski də hər kəs nəzərə almalıdır. Əgər kimsə seçkilərin boykot
variantına meyl edirsə, bu istəklər Milli Şura formatında
axtarılmamalıdır. Milli Şura məhz seçki yolu ilə xalqın hakimiyyətini
bərpa etmək məqsədilə yaradılıb. Bu baxımdan, Milli Şuranın - demokratik
düşərgənin, real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol
vermək olmaz».
HAKİMİYYƏT KOMANDASI ÇAŞQINLIQ İÇİNDƏ
«Azadlıq» qəzeti yazır ki, Mehriban Əliyevanın namizədlik məsələsi iqtidar düşərgəsində qeyri-müəyyənlik yaradıb.
Qəzet yazır ki, Demokratik Azərbaycan Dünyası Partiyası birinci xanımın
namizədliyini irəli sürdüyü ilk günlərdə bu məsələyə hakimiyyətdə
barmaqarası yanaşırdılarsa, artıq vəziyyət dəyişib: «Komanda daxilində
çaşqınlıq və narahatlıq yaranıb. Çünki DADP bu məsələdə israr edir.
Hətta partiya rəhbərliyi Prezident Administrasiyasına çağırıldıqdan
sonra mətbuat konfransı keçirərək, mövqelərindən geri çəkilməyəcəklərini
bəyan etdilər. DADP-nin ardınca isə daha iki partiya Mehriban
Əliyevanın namizədliyini irəli sürdü. Bunlar Azad Respublikaçılar
Partiyası və Mübarizlər Partiyasıdır. Digər tərəfdən bu günə qədər
Mehriban Əliyeva bu məsələyə reaksiya verməyib. Əgər ilk günlərdə
YAP-çılar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsini təxribat
hesab edirdilərsə, artıq bu tip açıqlamalar gözə dəymir».
UĞURLU SİYASƏT MODELİ
«Azərbaycan»
qəzeti yazır ki, «ötən 10 il ərzindəki gördüyü işlər dövlət başçısının
verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha
təsdiqlədi. İlk növbədə bəlli oldu ki, cənab İlham Əliyev hökumətin
qarşısında hansı əsas problemlərin, vəzifələrin durduğunu aydın təsəvvür
edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək iş
qabiliyyətli komandaya malikdir. «Əsl siyasət konkret, real iş görməkdən
ibarətdir» şüarını irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər
bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi
iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirdi. Siyasi iradə və qətiyyət,
məqsədyönlülük, mütərəqqi islahatlara meyllilik, öz siyasətini
reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını
nəzərə almaq qabiliyyəti Prezident İlham Əliyevin siyasi lider obrazını
şərtləndirən mühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər.
2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində «Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da vətənimizin uğurlu
inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni
əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm»
deyən, dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə
sadiqdir».
İsa Qəmbər: «Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə...»
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51