Şeyxdən dindarlara seçkilərlə bağlı xəbərdarlıq etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə seçki ərəfəsində hər kəsi ehtiyatlı olmağa çağırıb. A.Paşazadə qeyd edib ki, qarşıdan prezident seçkiləri gəlir və Azərbaycana təsirlər artır: "Xüsusilə dindarlar bu məsələdə çox ehtiyatlı olmalıdırlar".
Paşazadə bildirib ki, Azərbaycanda dini təriqətlər müxtəlifliyi var və onlar arasında çox yaxşı tolerantlıq mövcuddur: "Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri ilidir, siz dindarlar bu məsələdə ehtiyatlı olmalısınız. Elə edin ki, seçkilər ərəfəsində bizim dindarlarımızdan sui-istifadə olunmasın".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payızda keçirilməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51