YAP-dan Hüseyn Abdullayevin bəyanatına reaksiya
?Azərbaycanda bəzi insanların qanunla problemləri var və onlar siyasi bəhanələrlə xilas olmağa çalışırlar?. Bunu sabiq deputat Hüseyn Abdullayevin son bəyanatını şərh edən YAP funksioneri Mübariz Qurbanlı deyib.
?Hüseyn Abdullayev qanunazidd əməllərə yol verib və qanun qarşısında cavab verməlidir. İndii onu hüquq-mühafizə orqanları axtarır, axtarışa İnterpol da qoşulub. Hüseyn Abdullayev cinayət təqibini siyasi məsələ kimi təqdim etməklə cinayətlərini ört-basır etməyə çalışır. Bu, siyasi məsələ deyil, cinayət işidir. Hüseyn Abdullayev iqtisadi cinayətlərə, o cümlədən, xüsusilə külli miqdarda vergidən yayındığına görə axtarılır?, - Mübariz Qurbanlı bildirib.
Hüseyn Abdullayevin ailə üzvlərinin təqib edilməsi ilə bağlı iddialarına münasibət bildirən Mübariz Qurbanlı deyib ki, Azərbaycan demokratik ölkədir və qanun qarşısında hər kəs özü cavab verir.
?Azərbaycan prezident seçkiləri ərəfəsindədir və müxtəlif adamların, məsələn, Rüstəm İbrahimbəyovun qanunla problemləri var, amma müxtəlif təşkilatların arxasında gizlənərək, məsələni siyasiləşdirməyə çalışırlar. Halbuki, Azərbaycanda siyasi motivlərlə heç təqib yoxdur?, - Mübariz Qurbanlı qeyd edib.
Mübariz Qurbanlı Hüseyn Abdullayevin Almaniya hökumətindən siyasi sığınacaq istəmək niyyətinidə şərh edib və deyib ki, bu, Hüseyn Abdullayevin cinayət işini siyasi məsələ kimi təqdim etmək cəhdinin isbatıdır. YAP rəsmisinin fikrincə, Almaniya İnterpol tərəfindən axtarılan şəxsə siyasi sığınacaq verməz: ?Əgər hər ölkə İnterpol-u saymayacaqsa, ondan sual olunur: bu təşkilat nəyə lazımdır??. Mübariz Qurbanlı deyib ki, Almaniya İnterpol-un sorğusunu rədd etsə də, Azərbaycanın digər instansiyalara müraciət etmək hüququ var(Haqqin.az).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51