Yazar Əliyevə Prezidentin fərdi təqaüdü verildi
Prezident İlham Əliyev Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Mia.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Y.Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Yaşar Əliyev YAP funksioneri Siyavuş Novruzovun qaynatasıdır.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Südeyf Bəşir oğlu İmanverdiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51