Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək. 4 komandanın iştirak edəcəyi bu mərhələdə hər iki oyun bu axşam keçiriləcək. Ermənistan çempionu "Şirak" öz meydanında "Tre Penne" (San Marino) klubunu qəbul edəcək. Farer adalarının "Streymur" klubu səfərdə "Lusitanos"un (Andorra) qonağı olacaq. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 9-da keçiriləcək. 2 iyul Çempionlar Liqası, I təsnifat mərhələsinin oyunları 18:00. "Şirak" (Ermənistan) - "Tre Penne" (San Marino) 22:30. "Lusitanos" (Andorra) - "Streymur" (Farer adaları)