Braziliya futbolunda dəhşətli cinayət hadisəsi baş verib. Futbol matçında futbolçu və hakim öldürülüb.
Hadisə
iyunun 30-da Maranhao ştatının «Pius XII» stadionunda keçirilən
həvəskarlar liqası matçında baş verib. Oyunun gedişində 20 yaşlı hakim
Oktaviyo Cordan 31 yaşlı futbolçu Josenir Abreuya qırmızı vərəqə
göstərib. Özündən çıxan oyunçu söyərək hakimin üzərinə hücum çəkib. Bu
zaman hakim üstündə olan bıçaqla onu bir neçə yerdən yaralayıb.
Abreu
xəstəxanaya aparılıb. Onun qohumları və azarkeşlər hakimi əsir
götürərək işgəncə verməyə başlayıb. Bıçaqlanan futbolçu xəstəxanaya
çatmadan keçinib. Bu xəbəri alan onun qohumları və azarkeşlər isə hakimi
daş-qalaq edərək öldürüb.
Artıq Braziliya polisi araşdırmalara başlayıb. 3 nəfər həbs olunub. Həbs edilənlərin sayının artması gözlənilir.
Braziliyada dəhşət: futbolçu və hakim öldürüldü
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11