;n ?El? hərəkatının qapalı toplantısı keçiriləcək. Eldəniz Quliyevin hafta.az-a verdiyi xəbərə görə, görüş 16:00-da keçiriləcək: ?Jurnalistlər tədbirə buraxılmayacaq. Çünki onlar adamlara mane olurlar, oturanların qarşısını kəsirlər. Toplantıdan sonra media üçün brifinq keçiriləcək?. E.Quliyev bugünkü toplantının məqsədini açıqlayıb: ?El?in idarə heyəti mütəmadi olaraq toplanır. Bu yaxınlarda təşkilatın ümumrespublika müşavirəsi keçiriləcək. Bugünkü tədbirdə bununla bağlı bəzi məsələlər müzakirə olunacaq. Eldar Namazov da bu tədbirə qatılacaq?.