"Güman edirəm ki, iyulun 2-dəki iclasda vahid namizəd məsələsi həll olunacaq. Ümumiyyətlə, bununla bağlı həm partiyalar arasında, həm də Rüstəm İbrahimbəyovla razılıq əldə olunub". Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında Milli Şuranın həmtəsisçisi Zəfər Quliyev şuranın iyulun 2-də keçirəcəyi iclasda vahid namizədlə bağlı qərar qəbul olunması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, işçi qrupu eyni zamanda vahid namizədin öhdəlikləri ilə bağlı sənəd təqdim edəcək: ?Sənəd əvvəlcə müzakirə edilib qəbul edilməlidir. Bu barədə partiyalarla ilkin danışıqlar gedib. Bundan əlavə iclasda komissiyalarının sayının azaldılması ilə bağlı məsələ də müzakirə olacaq. Nəzərdə tutulur ki, vahid namizəd məsələsi həll olunandan sonra həmin iclasda seçki qərargahının yaradılması məsələsi də müzakirə olunsun?.