Eldar Namazov Azərbaycanı tərk etdi; Milli Şuranın iclası təxirə salındı
?El? hərəkatının üzvü, Milli Şuranın İcra Aparatının sədri Eldar Namazov bu gün səhər Azərbaycanı tərk edib. O, Moskvaya yola düşdü?.
Bunu AzNews.az-a Milli Şuranın üzvü Köçəri Nağıbəyli bildirib. Onun sözlərinə görə, E.Namazovun Azərbaycanı tərk etməsində məqsəd Rüstəm İbrahimbəyovla görüşməkdir: ?Bəzi məsləhətləşmələrə ehtiyac var. Onlar müzakirə olunmalı və qəti qərar verilməlidir. Ona görə bu görüş mütləq keçirilməlidir?.
K.Nağıbəyli onu da vurğulayıb ki, Milli Şuranın iyunun 28-nə təyin edilən sessiyası da təxirə salınıb: ?İyunun 28-nə təyin edilən sessiyanın vaxtı dəyişdirilib. Ola bilsin ki, sessiya bir neçə gün təxirə salınsın?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51