Müxalif liderlər Elçibəyi ziyarət etdilər
Bu gün Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümüm münasibətilə Fəxri Xiyabanda onun məzarı ziyarət edilib.
Anım tədbirində çoxsaylı insanlar, o cümlədən müxalifət partiyalarının rəhbərləri, Milli Şuranın üzvləri, ziyalılar və gənclər iştirak edib. Anım mərasimi Azərbaycanın milli himninin səsləndirilməsi ilə açıq elan olunub.
Xatırladaq ki, Milli Azadlıq Hərəkatının Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-ci il iyunun 7-də prezident seçilib və bir il sonra Bakını tərk edərək 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra o 2000-ci ilin avqustun 22-də vəfat edib(qafqazinfo).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51