?inter?-?Krasnodar? oyununda hakim vuruldu
Avstriyada təlim-məşq toplanışında olan ?İnter? ikinci yoxlama oyununu keçirib. Kaxaber Tsxadadze yetirmələrini Rusiyanın Premyer Liqa təmsilçisi ?Krasnodar? klubu ilə oyunda sınayıb.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 72-ci dəqiqəsində rəqib qol vursa da, Vanderson ofsayda olduğuna görə dəqiq zərbəsi hesaba alınmayıb.
Qeyd edək ki, ?İnter? və ?Krasnodar? arasındakı yoldaşlıq oyununda nadir hadisə baş verib. Matçın gedişində yan xətt hakimi bayılıb. Belə ki, Avstriyada keçirilən oyunun 75-ci dəqiqəsində Rusiya klubunun futbolçusu Joazinyo topu yana vurmaq istəyərkən zərbəsi yan xətt hakiminin başına dəyib. Matç dayandırılaraq, hakimi özünə gətirmək üçün tibbi yardım göstərilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11