UEFA ?Fənərbaxça? və Beşiktaş?la bağlı sərt qərarını açıqladı. Mia.az-ın xəbərinə görə, UEFA ?Fənərbaxça?ya1 il təxirə salınmaqla 2+1 il, ?Beşiktaş? isə 1 il Avropa kuboklarında çıxış etməkdən məhrum etdi. Bundan əlavə, UEFA ?Beşiktaş? rəhbərliyində təmsil olunan Serdal Adalı və keçmiş baş məşqçi Tayfur Havutçu ilə bağlı da sənədləri tələb edib. Gözlənilir ki, onlara da ağır cəzalar gələcək. Məlumata görə, 3 gün içində ?Beşiktaş? və ?Fənərbaxça? UEFA-nın üst qurumuna şikayət etməlidir. Əks halda qərar tam qanuni qüvvəyə minəcək. ?Fənərbaxça?ya gəldikdə isə UEFA bu klubu 2+1 il Avropanın mötəbər yarışlarından kənarlaşdırıb. Əgər 2 ıl cəza alan Fənərbaxça 5 il ərzində bənzər bir problem yaşayarsa, bu halda bir il daha cəzasının üstünə gələcək. Bununla bərabər, klub prezidenti Aziz Yıldırım, Şekip Mosturoğlu, Cemil Turan, İlhan Ekşioğlu və Ali Yıldırım haqqında da sənədlər tələb olunub. Adıçəkilənlərin də sərt cəzalandırılacağı gözlənilir.