Bu gün prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunu ilə baglı yeni biir sərəncam verib. Mia.az Prezidentin rəsmii saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələri ərazisində qırx dörd min nəfər əhalinin istifadə etdiyi və ümumi uzunluğu 14,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsindən 2,0 (iki) milyon manat vəsaiti Suraxanı Rayon İcra Hakimiyyətinə ayırıb. Nazirlər Kabineti və Maliyyə Nazirliyinə sərəncamdan irəlii gələn məsələlərin həlli tapşırılıb.