Niyaməddin Orduxanlının "Facebook" qrupu 200 000 keçdi
Azərbaycanda fəaliyyət göstərən facebook.com sosial şəbəkəsində ən böyük qrupu olan BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının adına olan "Niyaməddin Orduxanlı" qrup bu gün 200 000 nəfər üzvünü keçib.
N.Orduxanlının verdiyi məlumata görə, son 10 gündə qrup sürətlə artdı:" Bu qrupu 4 ay bundan qabaq yaratmışdım. Son 7 gündə son dərəcə aktivlik özünü göstərdi. Hal-hazırda qrupun üzvlərinin sayı 201 000 keçib. Görünür hal-hazırda ölkənin yeganə bağlanmayan qrupu olduğuna görə, əksər gənclər qrup qoşulma istəyi yarandı. Qrup üzvlərinin 80% yuxarı gənclərdir. Gün ərzində 800-1000 status yazıb qrupa göndərirlər. Bəzən saytların xəbərlərinin yaılması məqsədi ilə linklər göndərirlər. İmkan daxilində qrup da maraqlı statusları yayımlayıram. Bəzi saytların xəbərlərini buraxıram. Çox maraqlı müzakirəlrə gedir. Qrup qaydalarına əməl edən, hər hansı bir etik çərçivəni aşmayan uzvlər sərbəst şəkildə fikirlərini yazırlar. Mən üçün həddindən artıq maralıdır gənclər fikirləri. Fikirləşirəm ki, qrup üzvlərinin sayını yenə artırım. Hazırda bu gün gənclərin böyük əksəriyyəti sosiallaşıb. Bu sahədən geniş istifadə etmək lazımdır. Bu, həm də bir təblığat vasitəsidir. Niyə də istifadə olunmasın? Qrup elə bir imkan verir ki, 201 000 üzvlərinin hər birinə istəməsə belə bir xəbəri, fikiri yazıb göndərmək olur. Hər hansı bir üzv internetdə olmadığı təqdirdə, internetə qoşulan məqamında göndərilən xəbər görə bilər."
Bundan sonra da qrupun artırılmasını davam etdirəcəyini deyən BAXCP sədrinin müavini bildirib ki, maksimum dərəcə də qrupun böyüməsi üçün çalışacağını qeyd etdi:" Bilirsiniz ki, "Facebook"- da mənim imkanlarım genişdir. Bütün imkalarımı səfərbər edib qrupun 400 000 yuxarı olmasına çalışacağam."
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51