iranın yeni prezidenti kim olacaq?
İran prezidenti seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrinə görə, islahatçı namizəd kimi göstərilən Həsən Ruhani rəqiblərini qabaqlayıb. İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, ölkənin 5876 seçki məntəqəsində 50,5 milyon seçicidən 3.024.434 nəfərin səsi artıq hesablanıb və 1.459.998 seçici Ruhaniyə səs verib.
İkinci yerdə Tehranın meri Məhəmməd Baqir Qalibaf gedir. O, səslərin 487.549-nu alıb. Səid Cəlili 383.820 səslə üçüncü, Möhsün Rzayi və Əli Əkbər Vilayəti dördüncü və beşinci yerlərdə 13% və 7% səslə müvafiq olaraq bölüüüşməkdədirlər. Müstəqil namizəd Məhəmməd Qərəzinini isə hələlik 2 faiz səs topladığı bildirilir.
Xatırladaq ki, İranda Prezident 4 il müddətinə seçilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50