İyunun 13-də ALP sədri Əvəz Temirxan, ACP sədri Sülhəddin Əkbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədr müavini Razi Nurullayev, EL hərəkatının sədr müavini Yusif Ağayev, Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı AŞ PA-nın həmməruzəçiləri Demona Qrexlə və Pedro Aqramuntlaa görüşüblər. Mia.az-ın xəbərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, prezident seçkiləri və müxalifətin vahid namizədlə iştirakı, siyasi məhbuslar problemi, Ştrasserin məruzəsinə bir daha qayıdış müzakirə predmeti olmuşdur.