MMP-də seçki qərargahının strukturu təsdiq edilib
Bu gün Muasir Musavat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda sırf seçki məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib. İlk öncə MMP-nin Mərkəzi Seçki Qərargahının sədri Rəsul Məmmədov çıxış edib.Sonra keçən toplantıda verilən tapşırıqa əsasən, Seçki Qərargahının strukturu ,fərdi tərkibi.fəaliyyət istiqaməti ilə bağlı hazırlanmış təkliflər planı İdarə Heyətinə təqdim edilib.
İdarə Heyəti təklif edilən bütün məsələləri bir-bir müzakirəyə çıxarıb.Nəticədə təqdim edilən təkliflərin qaneedici olduğu təsdiq edilib.
Daha sonra dairələr üzrə 3 nəfərdən ibarət rayon təşkilat sədrlərinin təqdim etdikləri özəklərin tərkibinə baxış keçirilib və onlara seçki marafonunda ,imzatoplama ,görüşlər və reklam kompaniyalarında görəcəkləri işlər haqqında qısa tövsiyyələr verilib.Sonra qərara alınıb ki,bu işlərin keyfiyyətini artırmaq üçün partiya daxilində marifləndirici seminarlar təşkil edilsin və həmin seminarlara ölkədə seçki ilə məşğul olan mütəxəsislər dəvət edilsin.Əlavə olaraq Seçki Qərargahının üzvlərinə tapşırıq verilib ki,Milli Şura adlanan qurumun sədri Rüstəm İbrahimbəyov,Qəmbərov İsa və Kərimov əlinin xalqa etdikləri xəyanətkar əməlləri ilə bağlı təbliğat-təşviqat zamanı bütün vasitələrdən istifadə etsinlər.Bura vərəqələrin paylanması,sosial şəbəkələrdə və televiziyalarda ifşaedici materialların yayılması və.s daxil edilib.
Toplantıda çıxış edən MMP sədri Hafiz Hacıyev bu seçkinin digər seçkilərdən bir az fərqli və gərgin keçəcəyini vurğulayıb .Bunun üçün ciddi hazırlaşmağın vacibliyini deyən partiya sədri ,seçki planına uyğun ,müvafiq tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51