Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts karyerasını Polşa yığmasında davam etdirə bilər. Xəbərə görə, Polşa Futbol Federasiyası (PFF) "DÇ-2014"ün seçmə mərhələsində uğursuz çıxış edən millinin hazırki baş məşqçisi Valdemar Fornaliki istefaya göndərməyə hazırlaşır. Artıq Polşa yığmasının baş məşqçi postuna namizədlər də müəyyənləşib. Bunların sırasında Berti Foqtsla yanaşı, Dik Advokat, Marko Van Basten, Kristof Daum, Bert van Marvyik və Frank Raykard da var. Qeyd edək ki, seçmə mərhələnin H qrupunda yer alan Polşa millisi 6 oyundan sonra 9 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.