"Qalatasaray"ın futbolçusu Uesli Sneyderə daha bir İngiltərə klubundan "elçı" gəlir. Məlumata görə, "Tottenhem" klubu da hollandiyalı oyunçunu heyətində görmək istəyir. Baş məşqçi Andre Villaş Boaşın yarımmüdafiədə istədiyi ilk futbolçu olduğu deyilən Sneyder üçün klubun 15 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, hollandiyalı futbolçu ilə "Çelsi"nin də maraqlandığı iddia edilir.