Milli Şuranın bu günkü təsis iclasında AXCP sədri Əlin Kəırimli çıxış edib. AXCP sədri bildirib ki, Azərbaycan bu gün tarixi bir gün yaşayır. ?demokratik qüvvələr yeni bir tarix yaradır?-deyən Əli Kərimli daha sonra bunları əlavə edib: ?Azərbaycanda 3-cü dəfə Milli Şura yaradır. Azərbaycan xalqı bizə ayrı-ayrı bloklar şəklində fəaliyyət göstərməyimizi istəmir. Biz artıq vahid olmalıyıq. Bundan sonra xalqın qarşısına çıxıb hesabat verə bilərik. Bizi birləşdirən məqamların üzərində düşünməliyik. Geriyə baxmaq lazım deyil. Biz gələcəyə baxmalıyıq.?-deyə vurğulayıb. İclasda Milli Şuranın əsasnaməsi də səsə qoyularaq qəbul edilib(Modern.az).