Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuradan imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Mia.az xəbər verir ki, bu barədə Arif Hacılı özünün Facebook hesabında məlumat yayıb: "Ay müsəlmanlar,mən Milli Şuradan imtina etməmişəm. Bu AZ news.az-ın yalançı, təxribatçı, mətndə olmayan uydurma başlığından başqa mənim dediklərimi də oxuyun. Belə az informasiyadan qlobal nəticələr çıxarmayın. Bəzi dostlar yazır ki, bəy, düz etmisən, bir səviyyəsiz isə yazıb ki, bu heç xoş niyyətlərdən xəbər vermir. Başqa bir dost yazıb ki, guya mənim Milli Şuradan imtina etdiyimə görə insanlar ruhdan düşüb ,daha inqilab olmayacaq.Belə sadə deyil. Əgər yalnız məndən asılı olsa idi, nəinki Milli Şuraya, yenidən qazamata, lap ordan o yana gedərdim. Dostlar məyus olmasın, opponentlər sevinməsin". Nə edəcəyiksə,necə edəcəyiksə məsləhətləşib,ölçüb- biçib xalqımızın ,demokratik düşərgənin mənafelərini nəzərə alıb edəcəyik.