"Qalatasaray"ın hücumçusu Burak Yılmazı Rusiyanın "Anji" klubu transfer etmək istəyir. Bunun üçün İstanbul klubuna 6 milyon avroluq təklif göndərilib. Buraka daha yaxşı təklif gəlməyəcəyi halda "Cim-Bom"un futbolçunu "Anji"yə satacağı istisna olunmur. Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Çelsi, "Atletiko" (Madrid) və "Fiorentina"nın da maraqlandığı iddia edilir. Xatırladaq ki, klub rəhbəri Ünal Aysal Burak üçün 27 milyon dəyər qoyub. Rus klubunu son təklifi isə həm Burakla, həm də klubla məzələnmək kimi dəyərləndirilir.