?Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi?. Bunu Azərbaycan Kubokunda ?Neftçi? və ?Xəzər Lənkəran? komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. Abdullayev ?Xəzər Lənkəran?ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: ?Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər?. O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: ?Meşə çaqqalsız olmaz?. Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.