Milli Şura rəsmən elan edildi, qurumun ilk toplantısı keçiriləcək və bəyannaməsi xalqa təqdim ediləcək
Bu gün- 28 may İstiqlal Bayramı- Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra demokratik qüvvələrin təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü baş tutub. Bu barədə MİA-ya ALP sərdi Əvəz Temirxan məlumat verib.
Görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar. Geniş və konstruktiv məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb. Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
***
Milli Şuranın yaradılması elan edildikdən sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər ilk açıqlamasını ANS PRESS-ə verib. Müsavat başqanı bildirib ki, Novxanıda Cümhuriyyət günü ilə bağlı bayram tədbiri başa çatdıqdan sonra liderlər arasında məsləhətləşmələr keçirilib və dünəndən davam edən mübahisələr yoluna qoyulub. İsa Qəmbər deyib ki, müzakirələr konsruktiv keçib.
Qeyd edək ki, müxalifətin səhər saatlarında Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salmışdı. Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi idi. Belə ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə ?Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür? müddəasının daxil edilməsini istəyiblər. Lakin ?El? Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və buna görə də qurumun elan edilməsinin təxirə salınmışdı. Bu məsələnin necə həll olunduğuna gəlincə, İsa Qəmbər Müsavat Partiyasının Avropaya inteqrasiya siyasətinin üzərində dayandığını bir daha vurğulayıb: ?Müsavat Partiyasının mövqeyi bütün dünyaya bəllidir?.
İsa Qəmbər onu da bildirib ki, Milli Şuranın bəyannaməsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51