Sabah bulvarda Respublika Günü qeyd olunacaq
Sabah Bakıda Respublika Gününün 95 illiyinə həsr olunmuş bayram konserti və atəşfəşanlıq olacaq. Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətindən bazar ertəsi bildirilib ki, mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti şəhər sakinlərini bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47