Ötən gün Bakıya gələn türkiyəli müğənni Sərdar Ortacın konsertindən xəbər vermişdik. Axşam.az xəbər verir ki, gecənin aparıcısı Nanə Ağamalıyeva olub. Aparıcıya heyran qalan Sərdar Ortac onun ünvanına təriflər yağdırıb. Nanə Sibel Canın Bakıda iyunun 25-də baş tutacaq konsertində də aparıcılıq edəcək. Qeyd edək ki, hər iki konsertin təşkilatçısı Nahid Emiloğludur.