Parlamentin bugünkü iclasında çıxış edən millət vəkili İqbal Ağazadə Təhsil Nazirliyinin 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən qəbul aparılacaq xarici ölkə universitetlərinin siyahısına münasibət bildirib. Millət vəkili həmin siyahıda Amerikanın 3, Rusiyanın isə 50 universitetinin salınmasını pisləyib: ?Mən başa düşmürəm, xəbərim yoxdur, bəlkə, SSR bərpa olunur? Bizim gənclərimiz Amerika, Avropa təhsil sistemindən yararlanmalıdır. Spiker Oqtay Əsədov İqbal Ağazadənin iradlarına belə cavab verib: ?Keçmiş təhsil naziri Misir Mərdanov getdi, elə həmişə onun gördüyü işləri müzakirə edirdiz. İndi də imkan verin yeni nazir işləsin, islahatlar aparsın?.