Böyük Britaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Oksford universitetində çıxışında azərbaycanlı yazıçı Əkrəm Əylislidən danışıb. ?Qafqazinfo?nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, nazir çıxışında yazıçıya qarşı Azərbaycanda təzyiqlərin olduğunu bildirib: ?Bu yaxınlarda Azərbaycanda dövlət səviyyəsində yazıçı Əkrəm Əylisliyə qarşı təqiblər baş qaldırıb. Çünki o, öz romanında Azərbaycanda ermənilərin soyqırımı məsələsinə toxunmuşdu. Yazıçının qulağının kəsilməsinə görə mükafat da elan olundu. O, yaşamaq üçün Azərbaycandan xaricə üz tutdu. Azərbaycanın təxribatçı və destruktiv siyasətinə baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyətlə birgə Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün səylərini davam etdirəcək?. Xatırlafdaq ki, erməni nazirin bu sözlərinə rəğmən, yazıçı Azərbaycanda, öz evində yaşayır.