Vergilər Nazirliyi, daha dəqiqi bu bankın yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ?Unibank? KB ASC-ni məhkəməyə verib. Buna səbəb nazirliyin bankı yoxlamaq məqsədiylə tələb olunan sənədləri verməkdən imtina etməsidir. Mia.az-ın xəbərinə görə, bankın bu addımı Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin sərt etirazı ilə qarşılanıb: ?Nazirlik bankın ?yox? deməsinə məhkəmə iddiası ilə cavab verdi. Banka qarşı iddia qaldıran departament cavabdehdən səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin götürülməsi tələblərini təmin etməyi xahiş edir?. Məlumata görə, tərəflər arasında çəkişməyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə baxıb. İş hazırda Bakı Apelyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılır. Məlumatda o da bildirilir ki, hakim Mirzə Tağızadə dünən saat 12:30-a təyin etdiyi prosesi qarşıdakı həftəyə təxirə salıb. Qarşı tərəflərin mövqeyini də dərc edə bilərik.