Avropa Teleradio Yayım Birliyi "səs oğurluğu"na cavab verdi: "Hər zey dəqiq olub"
"Eurovision mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi", Avropa Teleradio Yayım Birliyinin rəsmisi deyir.
"Səsvermə bizim səsvermə tərəfdaşımız Digamo tərəfindən aparılır və riceWatersHouseCoopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı", ATYB-nin Avropa Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycancaya deyib.
"Bizim bildiyimizə görə, hər şey dəqiq olub", o əlavə edib.
O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə "siqnalın" Digamo şirkəti tərəfindən gələcəyini bildirib.
Azərbaycanın Eurovision mahnı müsabiqəsinin şənbə günü keçirilən finalında Rusiyaya 10 xal verməsi, amma bunun nəticələrdə özünü göstərməməsilə bağlı ölkədə yüksək səviyyədə narahatlıqlar səslənir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47