Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ilə kimi Türkiyəyə 17 milyard dollar sərmayə qoyacaq. Mia.azxəbər verir ki, məlumatı ?Qafqazinfo? yayıb. Saytın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə neft-kimya şirkəti PETKİM-in İdarə Heyətinin sədri Vaqif Əliyev danışıb. Onun sözlərinə görə, investisiyanın 7-8 milyard dolları Türkiyənin ilk kimya sənaye parkı olacaq ?Value-Site?nin tikintisinə sərf olunacaq.