Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb. APA-nın məlumatına görə, S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq: ?Qeyd edim ki, iki ölkənin müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı yüksək səviyyədədir?. Elmar Məmmədyarov isə S. Lavrovun Azərbaycana Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan səfərini xatırladıb: ?Ümid edirəm ki, konstruktiv müzakirələr olacaq. Qeyd etmək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri strateji səviyyədədir?. Görüş daha sonra mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.