Vaşinqtonda səfərdə olan Türkiyən baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 16-da ABŞ prezidenti Barak Obama ilə görüşüb. Mia.az-ın xəbərinə görə, liderlər əsasən Suriya məsələsində ortaq mövqede olduqlarını bəyan ediblər. Türk lider danışıqlarda Rusiya və Çinin önəminə yer verib. Obama isə Əsədin iki il əvvəl gedəcəyi təqdirdə vəziyyətin yaxşı olacağını bildirib. Daha sonra Ərdoğan çıxışında qərbdə islama qarşı aparılan əks təbliğatdan danışıb: ?Bildiyiniz kimi, son vaxtlar islamfobiyanın artması halı müşahidə olunur. Problem müasir islamın düzgün anlaşılmaması ilə bağlıdır. Biz islamın dostluq rəmzi olduğunu və islamfobiyanın nə olduğunu göstərmək istəyirik?.