Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfərə yola düşüb. Ərdoğan səfər çərçivəsində prezident Barak Obama ilə təktəbtək görüş keçirəcək. Səfər zamanı Suriya məsələsi ilə yanaşı, ticarət, iqtisadi məsələlər, eləcə də terrorla mübarizə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirə ediləcəyi bildirilir.